"Böyük Dəbilqə"də iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
  • 24 oktyabr, 2017
  • 13:59
Böyük Dəbilqədə iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma oktyabrın 27-də start götürəcək yarışda 11 cüdoçu ilə təmsil olunacaq.

Baş məşqçi Fərhad Məmmədovun rəhbərlik edəcəyi heyətdə Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskaya (+78 kq) yer alacaq.

Qeyd edək ki, 3 gün davam edəcək turnirin görüşləri "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq.