Böyük Dəbilqə: Azərbaycan cüdoçuları sonuncu gündə bir medal qazanıblar - YENİLƏNİB
- 24 sentyabr, 2023
- 14:10
Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqənin sonuncu günündə bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 100 kq çəkidə dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə qalxmağa müvəffəq olub.
90 kq-dakı Murad Fətiyev və 100 kq-dan yuxarı çəkidə İmran Yusifov medal görüşündə uduzublar.
14:20
Azərbaycanın üç cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal qazana bilər.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev, 100 kq-dakı Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidəki İmran Yusifov medal görüşünə qatılacaqlar.
Onlar müvafiq olar Türkiyə təmsilçisi Mixael Zqank, xorvatiyalı Zlatko Kumriç və qazaxıstanlı Yerassul Kazhubayevlə üz-üzə gələcəklər.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.