"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq

Fərdi
  • 03 may, 2025
  • 09:02
Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, Vüsal Qələndərzadə (73 kq) 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Süleyman Şükürov (81 kq) isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.

Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın hesabına ilk mükafatı yazdırıb.

"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.