Boksçu Pərviz Bağırov olimpiadada mübarizəni ilk görüşdəcə dayandırıb
Fərdi
- 11 avqust, 2016
- 21:54
Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Pərviz Bağırov ilk döyüşünə çıxıb.
"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən 33 yaşlı idmançının 1/8 finaldakı rəqibi fransalı Süleyman Diop Sissoxo olub.
İlk raundda hakimlər üstünlüyü Bağırova, ikincisində isə Sissoxoya veriblər. Görüşün taleyi son raundda həll olunub. Bu zaman fransalı boksçu daha üstün sayılıb.
Beləliklə, Bağırov elə ilk görüşdəcə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Son xəbərlər
05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22