Beynəlxalq Şahmat Federasiyası: Günəşli Bakı Dünya Kubokuna hazırdır

Fərdi
  • 28 iyul, 2023
  • 18:56
Beynəlxalq Şahmat Federasiyası: Günəşli Bakı Dünya Kubokuna hazırdır

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı paylaşım edib.

"Report"un məlumatına görə, postda "Günəşli Bakı Dünya Kubokuna hazırdır" sözləri yazılıb.

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” hotelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.