Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti istefa verib

Fərdi
  • 20 noyabr, 2017
  • 11:36
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti istefa verib
Flickr

Bakı. 20 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram”, - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.

Qeyd edək ki, bir müddət əvvək AIBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu postundan kənarlaşdırıb. Qurum rəhbərinin vəzifələrini müvəqqəti olaraq vitse-prezident Franko Falçinelli yerinə yetirirdi. Vu 2006-cı ildə pakistanlı Ənvər Çaudrini əvəzləmişdi.

44 - Tezliklə