Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ
Fərdi
- 04 iyun, 2020
- 15:35
Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
"Report" Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.
Son xəbərlər
10:42
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək
Region10:39
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır
Energetika10:37
Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib
Elm və təhsil10:35
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
İnfrastruktur10:29
Ermənistan XİN-ə əlavə səlahiyyətlər veriləcək
Region10:27
Tərtərdə ev yanıb, ər-arvad ölüb
Hadisə10:24
Gəncədə kütləvi dava olub, bir nəfər ölüb - YENİLƏNİB
Hadisə10:18
Didye Deşam "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib
Futbol10:10