Bakıda kəmər dərəcələri üzrə imtahan keçirilib
Fərdi
- 21 sentyabr, 2025
- 15:33
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə millilərin Təlim-Məşq Mərkəzində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Bu barədə "Report"a ACF-nin mətbuat xidmətindən bildirilib.
İmtahanda 130 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Son xəbərlər
23:58
Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil23:46
ABŞ-də 11 nəfər "Green card" almaq üçün saxta nikahların təşkilində ittiham olunub
Digər ölkələr23:33
CENTCOM İran limanlarının blokadasından sonra üç gəmini sıradan çıxarıb
Digər ölkələr23:22
Foto
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var - YENİLƏNİB
Hadisə23:14
Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Hadisə23:09
Hakan Fidan sabah Misirə səfər edəcək
Region22:52
Macarıstan AES-in işini dəstəkləmək üçün Dunay çayında daş qurğu tikəcək
Digər ölkələr22:34
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
Futbol22:33