Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Fərdi
- 13 yanvar, 2025
- 15:11
Yanvarın 15-də Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
"Report" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışda Bakının 30-dan çox müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Son xəbərlər
10:04
Cəzaçəkmə müəssisələrinə 800 kitab hədiyyə edilib
Din09:49
"Çelsi" La Liqa klubundan Pep Çavarriyanı transfer edəcək
Futbol09:44
Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
Energetika09:42
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı təxminən 2 dəfə artıb
İnfrastruktur09:38
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və daş kömür göndəriləcək
Biznes09:35
Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib
Region09:27
"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir
Futbol09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14