Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
  • 11 oktyabr, 2022
  • 09:01
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Güləş üzrə veteranların dünya çempionatında Fransanı təmsil edən azərbaycanlı güləş ustası üçüncü yerə layiq görülüb.

“Report”un yerli bürosu xəbər verir ki, Bolqarıstanda keçirilən yarışda Mürşüd Məmmədov yunan-Roma növündə bürünc medal qazanıb.

Mürşüd Məmmədov 1984-cü ildə Bakıda anadan olub, 2010-cu ildən Fransada yaşayır. Həmyerlimiz 1996-cı ildən güləşlə məşğul olur.