Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
Fərdi
- 25 avqust, 2024
- 18:07
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış edib.
Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə 2011-2012 təvəllüdlü 128 idmançı arasında yarışan idmançımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.
1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.
Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.
Son xəbərlər
13:28
"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib
Digər13:17
Foto
Video
Türkiyədə məzun olan Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
Hərbi13:14
Aftandil Hacıyev: "Xorvatiyanın "Dinamo" klubunun akademiyası əsas komandasından daha çox tanınır"
Futbol13:13
Foto
Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb
Xarici siyasət13:13
Pakistan Qırğızıstana Kəraçi və Qvadar limanlarına çıxış təklif edib
Region13:11
Kəlbəcərdə yerləşən iki SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb
Energetika13:08
BDU: Sentyabrın 5-dən 21-dək meteor yağışı olacaq
Elm və təhsil12:51
Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb
Xarici siyasət12:49