Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 13:13
Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

"Report" xəbər verir ki, sənəd 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində imzalanıb.

Sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna Buz imzalayıblar.

Memorandum minatəmizləmə fəaliyyəti sahəsində mütəxəssislərin hazırlanması, potensialın gücləndirilməsi və texniki biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur.