Azərbaycanın qadın güləşçiləri Polşada 1 qızıl, 2 bürünc medal qazanıb
Fərdi
- 20 iyun, 2016
- 07:30
Bakı. 20 iyun. REPORT.AZ/ Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open" XX beynəlxalq turnir keçirilib. "Report"un məlumatına görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Azərbaycanı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) təmsil edib.
Yığma üzvləri turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.
48 kq çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib.
Bürünc medalları isə Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazanıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.
Son xəbərlər
21:15
Azərbaycan gimnastları dünya çempionatında bürünc medal qazanıblar
Fərdi21:08
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Formula 120:57
Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Digər ölkələr20:23
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Daxili siyasət19:25