Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Fərdi
  • 08 sentyabr, 2026
  • 22:35
Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da yarışda iştirak edəcəklər.

Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.