Azərbaycanın ikiqat paralimpiya çempionunun posteri London hava limanına vurulacaq

Fərdi
  • 03 mart, 2018
  • 08:26
Azərbaycanın ikiqat paralimpiya çempionunun posteri London hava limanına vurulacaq

Bakı. 3 mart. REPORT.AZ/ Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin fotoları əks olunan posterlər İngiltərənin paytaxtı Londondakı "Heathrow" hava limanına vurulacaq.

"Report"un məlumatına görə, bu barədə "BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli açıqlama verib. O bildirib ki, posterlər hava limanında martın 9-dan nümayiş etdirilməyə başlayacaq.

Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.