Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub

Fərdi
  • 06 noyabr, 2026
  • 17:00
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub

Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq yığması 25 xalla qızıl medala sahib çıxıb.

Komanda Danimarka seçməsini 1 xal qabaqlayaraq çempion olub.

Qeyd edək ki, Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

44 filmi