Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub

Fərdi
  • 06 sentyabr, 2026
  • 18:20
Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub

Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.

"Report"un məlumatına görə, turnirdə fərdi neytral idmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 təmsilçisi mübarizə aparıb.

Yarışda Azərbaycanı fiqurlu konkisürən Veronika Jilina təmsil edib.

O, yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.