Azərbaycanın çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib
Fərdi
- 08 sentyabr, 2025
- 10:18
Azərbaycanın çimərlik güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib.
"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kasablanka çimərliyində keçirilən yarışın təsnifat mərhələsində uğurlu çıxış edə güləşçi B qrupuna vəsiqə qazanıb.
Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn V.Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb.
Digər çimərlik güləşçisi İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iki güləşçi təmsil edib.
Son xəbərlər
23:09
Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb
Region23:06
Ukraynada "Mi-24" helikopteri döyüş tapşırığından geri qayıtmayıb
Digər ölkələr22:49
Meksika Prezidenti Kubaya edilən humanitar yardımı genişləndirəcəyini bildirib
Digər ölkələr22:42
"Real"ın kapitanı cari mövsümün sonunda komandadan ayrıla bilər
Futbol22:20
İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr22:08
Ronaldu "Əl-Nəsr" klubunda etiraz aksiyasına son qoyub
Futbol22:07
BMT Baş katibi ŞKTR Prezidenti ilə görüşəcək
Digər ölkələr21:58
CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır
İnfrastruktur21:46