Azərbaycanın 7 cüdoçusu “Böyük Dəbilqə” yarışında iştirak edəcək
Fərdi
- 08 fevral, 2018
- 10:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ Fevralın 10-da Fransanın paytaxtı Parisdə start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçu medallar uğrunda yarışacaq.
İki gün davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəsullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.
Son xəbərlər
12:06
İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
Region11:52
Video
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
Hadisə11:43
Video
Kükü dağına qar yağıb
Ekologiya11:33
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
Region11:27
Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Sosial müdafiə11:26
Azərbaycanlı boksçular U-17 Avropa çempionatının ilk günündə 4 qələbə qazanıb
Fərdi11:22
COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir
Xarici siyasət11:11
Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq
Futbol10:58
Video