Azərbaycanın 2 boksçusu dünya birinciliyində qələbə qazanıb
Fərdi
- 25 oktyabr, 2024
- 13:41
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.
"Report" xəbər verir ki, Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb.
O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla (Polşa) döyüşəcək.
Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşdə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.
Qeyd edək ki, mundiala noyabrın 3-də yekun vurulacaq.
Son xəbərlər
11:40
Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib
Region11:34
Voleybol üzrə İtaliya və Almaniya yığmaları bir setdə xal rekordu müəyyənləşdiriblər
Komanda11:32
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb - YENİLƏNİB-2
Digər ölkələr11:25
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
İdman11:23
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Digər11:21
Foto
Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır
İnfrastruktur11:18
Rusiya Ukraynada neft emalı zavodunu və nəqliyyat-logistika mərkəzini vurub
Region11:18
Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Fərdi11:16