Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır

İnfrastruktur
  • 27 avqust, 2026
  • 11:21
Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xaçmaz rayonunda yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırır.

"Report" AYNA-ya istinadən xəbər verir ki, rayon mərkəzinin Heydər Əliyev prospektində və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrində isə 3 pavilyon quraşdırılıb.

Ümumilikdə Xaçmaz üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.