Azərbaycanı Dünya Seriyasında iki güləşçi təmsil edəcək
Fərdi
- 30 may, 2025
- 18:31
Xorvatiyanın Poreç şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının ikinci mərhələsində Azərbaycanı iki idmançı təmsil edəcək.
"Report" xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 qat dünya çempionu İbrahim Yusubov (90 kq) və debütant Vüsal Əliyev (70 kq) mübarizə aparacaq.
Sabah qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar iyunun 1-də baş tutacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Xatırladaq ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaqlar.
Son xəbərlər
13:04
Fransada polislərlə motosikletçilərin toqquşmasından sonra beş nəfər saxlanılıb
Digər ölkələr12:51
Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb
Digər ölkələr12:28
Ryabkov: Yaxın həftələrdə Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır
Region12:14
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb
Futbol12:13
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
Ekologiya12:01
Çin şirkəti "Kinetica-1" daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb
İKT12:00
20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY
Daxili siyasət11:49
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək
Fərdi11:35
Video