Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb

Fərdi
  • 14 fevral, 2019
  • 11:51
Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

"Report" Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.

Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.