Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Almatıda 4-cü yeri tutub

Fərdi
  • 08 sentyabr, 2026
  • 12:05
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Almatıda 4-cü yeri tutub

Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən "Changan Race Almaty 2026" yarışında iştirak edib.

Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

S.Ələkbərov 2 mərhələnin yekununda ümumi təsnifatda 4-cü olub. O, ən yaxşı gənc velosipedçi köynəyinə layiq görülüb.