Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Fərdi
  • 29 may, 2024
  • 06:14
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.

44 - Tezliklə