Azərbaycan triatlonçusu Dünya Kubokunun qalibi olub
- 07 may, 2018
- 06:54
Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinin Çenqdu şəhərində Dünya Kubokunun qalibi olub.
“Report”un məlumatına görə, 31 yaşlı idmançı yarışın ilk mərhələsində 5-ci yeri tutub və finala yüksəlib. O, finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Ardınca 10 kilometr məsafəyə veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə Pevtsov 7 dəqiqə 3 saniyəlik nəticə göstərib.
Yığma üzvü ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, Rostislav Pevtsov daha əvvəl İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokununda və Misirin Şarm Əl-Şeyx şəhərində təşkil edilmiş Açıq Afrika Kubokunda gümüş medal qazanıb.