Azərbaycan taekvondoçuları Qətər açıq çempionatında 5 medal qazanıblar

Fərdi
  • 23 oktyabr, 2023
  • 10:47
Azərbaycan taekvondoçuları Qətər açıq çempionatında 5 medal qazanıblar

Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.

“Report” xəbər verir ki, idmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə 1 gümüş, 4 bürünc mükafata sahib olublar.

Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

44 - Tezliklə