Azərbaycan taekvondoçuları “Balkan Cup”da 2 qızıl medal qazanıblar
Fərdi
- 28 noyabr, 2023
- 07:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar.
“Report” xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşım Maqomedov (63 kq) və Milad Beiqi Harçeqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə isə italiyalı idmançını üstələyib.
Dünya çempionu Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.
Son xəbərlər
04:34
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
Digər ölkələr
04:08
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
Digər ölkələr
03:36
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
Digər ölkələr
03:27
FTB ABŞ-də hava əlaqəsinə mane olan avadanlıqları müsadirə edib
Digər ölkələr
02:48
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
Digər ölkələr
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region
01:39
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
Futbol
01:22
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
Digər ölkələr
00:56
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
Energetika