Azərbaycan şahmatçıları növbəti görüşlərini keçiriblər

Fərdi
  • 30 oktyabr, 2019
  • 17:06
Azərbaycan şahmatçıları növbəti görüşlərini keçiriblər

Gürcüstanın Batumi şəhərində təşkil olunan şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları keçirilib. 

"Report"un məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması bu turda Almaniyaya uduzub, qadınlar isə Rusiya ilə heç-heçə edib.

Kişilər

Almaniya - Azərbaycan - 2,5:1,5

Liviu-Diter Nisipyanu - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Matias Blyuebaum - Arkadi Naydiç - 0,5:0,5

Daniel Fridman - Rauf Məmmədov - 1:0

Qeorq Meyer - Qədir Hüseynov - 0,5:0,5

Qadınlar

Azərbaycan - Rusiya - 2:2

Günay Məmmədzadə - Aleksandr Qoryaçkin - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Katerina Laqno - 0,5:0,5

Gülnar Məmmədova - Olqa Qirya - 0,5:0,5

Türkan Məmmədyarova - Valentina Qunina - 0,5:0,5

Qeyd edək ki, 6 turdan sonra kişilərdən ibarət yığmanın 7, qadınlardan ibarət komandanın isə 9 xalı var.