Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Fərdi
- 18 oktyabr, 2023
- 10:55
Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
“Report”un Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.
Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.
Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.
Qeyd edək ki, Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.
Son xəbərlər
21:08
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Formula 120:57
Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Digər ölkələr20:23
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Daxili siyasət19:25
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Region19:12