Azərbaycan qadın güləşçiləri dünya çempionatında medal qazana bilməyib
- 24 avqust, 2017
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
“Report” xəbər verir ki, dördüncü yarış günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəki dərəcələrindəki xanım pəhləvanlar yarışıb. Azərbaycan bu çəkilərin hamısında təmsil olunsa da, yığma üzvlərindən heç biri fəxri kürsüyə yüksələ bilməyib.
48 kq
1/8 final. Patrisia Alexandra Bermudez (Argentina) - Türkan Nəsirova - 11:8
53 kq
1/8 final. Roksana Marta Zasina (Polşa) - Leyla Qurbanova - 3:1
1/16 final. Leyla Qurbanova - Sumeyya Zeybek Sezer (Türkiyə) - 10:0
60 kq
1/16 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) - 0:2
69 kq
1/8 final - Elis Manolova - Anastasia Bratçikova (Rusiya) - 0:10
Qeyd edək ki, avqustun 23-də yarışan 3 qadın güləşçidən heç biri medal əldə edə bilməyib. İlk iki yarış günündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.