Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Dunya Kombat Oyunları üçün heyəti açıqlanıb

Fərdi
  • 05 oktyabr, 2023
  • 11:41
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Dunya Kombat Oyunları üçün heyəti açıqlanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Dunya Kombat Oyunlarında iştirak edəcək Azərbaycan Milli İdman Növləri Assosiasiyasının heyəti müəyyənləşib.

“Report”un məlumatına görə, yığmanın 5 üzvü turnirdə qüvvəsini sınayacaq.

Kişilər arasında Nicat Məmmədli (65 kq), Ariz Huseynov (70 kq), Cavid Mustafayev (80 kq), Emil Həsənov (85 kq), qadınlarda isə Ulviyyə Bayramova (70 kq) mübarizə aparacaq. Yarışda komandanın baş məşqçisi Samir Abdullayev, numayəndə heyətinin rəhbəri isə Seymur Qurbanov olacaq.

Qeyd edək ki, Dunya Kombat Oyunları 24-27 oktyabr tarixlərində keçiriləcək.