Azərbaycan millisinin baş məşqçisi: "III MDB Oyunlarında yaxşı nəticələr göstərdik"

Fərdi
  • 01 oktyabr, 2025
  • 15:57
Azərbaycan millisinin baş məşqçisi: III MDB Oyunlarında yaxşı nəticələr göstərdik

Azərbaycan atıcılarının III MDB Oyunlarındakı nəticələri çox yaxşıdır.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycanın stend atıcılığının "trap" növü üzrə millisinin baş məşqçisi Ali Emre Güray jurnalistlərə açıqlamasında deyib.

O, 4 gümüş, 5 bürünc medal qazanmalarına baxmayaraq, əsas hədəflərinin idmançıların mübarizə aparması olduğunu bildirib:

"İdmançılar gənc olmalarına baxmayaraq, çox yaxşı nəticə göstərdilər. Yarışdan öncə əsas hədəfimiz idmançıların mübarizə aparması idi. Medal sürpriz olacaqdı. Gözəl nəticələr göstərdik. İdmançılar çox yaxşı tüfəng atdılar".

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti