Azərbaycan millisinin baş məşqçisi: "Batut gimnastikasında rəqabət çox çətin idi"

Fərdi
  • 03 oktyabr, 2025
  • 17:40
Azərbaycan millisinin baş məşqçisi: Batut gimnastikasında rəqabət çox çətin idi

III MDB Oyunlarında batut gimnastikası üzrə yarışda rəqabət çox çətin olub.

"Report" un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycanın batut gimnastikası üzrə millisinin baş məşqçisi Vladimir Şulikin jurnalistlərə açıqlamasında deyib.

"Hər şey çox yaxşı alındı. Yeddi medal dəstindən altısını qazandıq. Halbuki beş medal qazanmağı planlaşdırırdıq. Əla yarış və təşkilatçılıq oldu. Ən əsası odur ki, yığma bizi məyus etmədi. Həm qızlar, həm də oğlanlar çox çalışdılar. Rəqbət çox güclü idi".

O, yarışa güclü idmançıların qatıldığını bildirib:

"III MDB Oyunlarına Rusiyadan, Belarusdan ən güclü gimnastlar, olimpiya və dünya çempionları gəlmişdi. Ona görə də olimpiya proqramına daxil olan fərdi yarışda qələbə qazanmaq çox xoş oldu. İndi yolumuza davam etməyə çalışacağıq. Bütün ümidlər 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarınadır".

Qeyd edək ki, Azərbaycan idmançıları batut gimnastikası üzrə yarışı 6 medalla başa vurublar.

Son xəbərlər

Bütün Xəbər Lenti