Azərbaycan Milli Karate Federasiyasının yeni birinci vitse-prezidenti seçilib

Fərdi
  • 19 dekabr, 2017
  • 12:37
Azərbaycan Milli Karate Federasiyasının yeni birinci vitse-prezidenti seçilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) yeni birinci vitse-prezidenti seçilib. 

AMKF-dən “Report”a verilən məlumata görə, bu vəzifəni tutmaq üçün Federasiyada seçki keçirilib.   

Fərid Əsgərov hamıda çox səs toplayaraq qalib gəlib. 

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib. O, AMKF-nin yeni birinci vitse-prezidentinə uğurlar arzulayıb.