Azərbaycan güləşçisi UWW-dən pul mükafatı alacaq
Fərdi
- 29 noyabr, 2021
- 15:13
Dünya Güləş Birliyi (UWW) 2 illik fasilədən sonra sərbəst güləşçilərə verilən pul mükafatını bərpa edib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, idmançıların dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk "üçlük"də qərarlaşan pəhləvanlar alacaqlar.
Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min dollar, üçüncü yerdə qərarlaşan isə 3 min dollar qazanacaq.
Mükafatçılar sırasında Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.
Qeyd edək ki, Nurməhəmmədov ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında qızıl medal qazanıb.
Son xəbərlər
22:22
İqor Kostyuk: "Qarabağ" "Dinamo" ilə oyunda qələbə qazanmaq üçün bütün imkanlarından istifadə edib
Futbol22:01
Foto
Video
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Futbol21:54
Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir
Xarici siyasət21:47
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
Digər ölkələr21:41
WP: ABŞ İranla müharibədə "MQ-9 Reaper" dronlarının təxminən dörddə birini itirib
Digər ölkələr21:35
CENTCOM ilk çoxmillətli zərbə dronları qrupunu yaradır
Digər ölkələr21:11
Fransada yanğınsöndürənlər etiraz aksiyası keçirəcəklər
Digər ölkələr20:59
Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə20:52