Azərbaycan Çili və Meksikadan gübrə tədarükünü bərpa edib
- 18 noyabr, 2026
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 59,2 milyon ABŞ dolları dəyərində 92 min 397 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % çox, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 31,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % az) 61 min 697 ton (-35 %), Türkiyədən 10,7 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 4 min 402 ton (+83 %), Türkmənistandan 2 milyon ABŞ dolları dəyərində 4 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Çindən 1,9 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 2 min 773 ton (+4,3 dəfə), İspaniyadan 1,8 milyon ABŞ dolları dəyərində (+0,2 %) 465 ton (-29 %) gübrə alıb.
Azərbaycan 4 il 8 ayın tamamında Çilidən (71,2 min ABŞ dolları dəyərində 48 ton), 1 il 9 aylıq aradan sonra isə Meksikadan (83,6 min ABŞ dolları dəyərində 9,8 ton) tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 172 min ton gübrənin 85 %-i Rusiyanın payına düşüb.