Azərbaycan güləşçisi: "Növbəti yarışlarda daha yaxşı nəticələrə nail olmağa çalışacağıq"

Fərdi
  • 17 sentyabr, 2025
  • 23:01
Azərbaycan güləşçisi: Növbəti yarışlarda daha yaxşı nəticələrə nail olmağa çalışacağıq

Azərbaycan güləşçiləri növbəti yarışlarda daha yaxşı nəticələr qazanmağa çalışacaqlar.

Bunu "Report"a açıqlamasında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan sərbəst güləşçisi Osman Nurmaqomedov (92 kq) deyib.

O, çətin yarışlardan sonra Vətənə qayıtmağın xoş hiss olduğunu bildirib:

"Həmişə Azərbaycana – öz evimə gəlmək çox xoş olur. Hər yarışdan sonra burada bizi səmimi qarşılayırlar. Azarkeşlərə və rəhbərliyə bizə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Yeni Olimpiya dövrü start götürür və komandamız artıq sürət yığmağa başlayır. Uğurlu nəticə göstərdik, amma daha yaxşısına nail olmağa çalışacağıq".

Qeyd edək ki, Osman Nurmaqomedov üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Miriani Maysuradzeyə 5:1 hesabıyla qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti