Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub

Fərdi
  • 21 sentyabr, 2016
  • 21:01
Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan güləşçisi Makedoniyanın paytaxtı Skopyedə hərbçilər arasında keçirilən güləş üzrə 31-ci dünya çempionatının ilk günündə qızıl medal qazanıb.

"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Ağahüseyin Mustafayev finalda KXDR idmançısı Gvanq Kin ilə qarşılaşıb.

Sonda güləşçimiz rəqibini 8:5 hesabı ilə yenərək dünya çempionu adına layiq görülüb.

Finala yüksələn digər güləşçimiz Coşqun Əzimov (70 kq) Rusiya idmançısı Maqomed Kurbanliyevə məğlub olub.