Azərbaycan güləşçiləri U-20 dünya çempionatının sonuncu günündə iki medal qazanıblar
Fərdi
- 23 avqust, 2026
- 22:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq-da medalçılar müəyyənləşib.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabıyla məğlub olan Hacı gümüş medalı boynundan asıb.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.
Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.
Son xəbərlər
16:32
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib
Maliyyə
16:30
CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
Digər ölkələr
16:30
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
Xarici siyasət
16:29
Foto
ƏSF ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıb
Maliyyə
16:26
Foto
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
Turizm
16:20
Zelenski: Ukrayna və Macarıstanın yaxınlaşması hər iki xalq üçün vacibdir
Digər ölkələr
16:16
Foto
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
Xarici siyasət
16:16
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hadisə
16:10
Acı təcrübələr göstərir ki, qətnamələrin qəbul olunması yetərli deyil - rəy
Daxili siyasət