Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi aparılıb

Fərdi
  • 24 oktyabr, 2017
  • 06:54
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi aparılıb
Sahib Ələkbərov
Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. "Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.