Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb
Fərdi
- 18 fevral, 2023
- 13:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunun finalına yüksəlib.
"Report"un məlumatına görə, idmançı qadınlar arasında fərdi təsnifatda uğurla çıxış edərək buna nail olub.
İkinci qrupda yer alan 20 yaşlı gimnast ümumilikdə 21 iştirakçı arasında ən yüksək üçüncü göstəriciyə imza atıb. İlk cəhdində hakimlərdən 53.370 xal alan Mahsudova finalda iştirak hüququna yiyələnib. Azərbaycan təmsilçisi ikinci cəhdə ehtiyac duymayıb.
Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun 8 idmançı arasında keçiriləcək final raundu fevralın 19-da olacaq.
Son xəbərlər
09:06
Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq
Energetika09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.10.2026)
Maliyyə09:01
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Elm və təhsil09:01
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Fərdi08:54
ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb
Digər ölkələr08:41
"Bloomberg": İspaniya hökuməti növbədənkənar seçkilərə hazırlaşır
Digər ölkələr08:15
Foto
Həftənin ilk günü paytaxtın bir sıra yollarında sıxlıq yaranıb
İnfrastruktur08:04
ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr07:45