Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
  • 03 mart, 2023
  • 18:40
Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

Bu barədə “Report”a Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, 27 yaşlı idmançı halqalarda hərəkətlərin icrasında üçüncü nəticə göstərib.