Azərbaycan cüdoçusu Praqada gümüş medal qazanıb
Fərdi
- 22 iyul, 2018
- 16:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 iyul. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahib olub.
Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.
Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.
Son xəbərlər
19:09
Baş məşqçi: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir
Komanda
19:03
Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq
Energetika
18:54
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Region
18:53
"Lion" baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırıb
Futbol
18:45
Foto
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
İKT
18:43
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət
18:37
Foto
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
Fərdi
18:34
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Xarici siyasət
18:25
Gələn il AÇG-dən gündəlik 316 min bareldən çox neft hasil ediləcəyi gözlənilir
Energetika