Dünya çempionatı: Nizami İmranov və Turan Bayramov mübarizəni dayandırıb - YENİLƏNİB

Fərdi
  • 05 oktyabr, 2026
  • 11:38
Dünya çempionatı: Nizami İmranov və Turan Bayramov mübarizəni dayandırıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda rusiyalı Ramazan Abdullayevə uduzub.

Eyni çəkidə Turan Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Sahaya məğlub olub.

Bu gün Gültac Məmmədəliyeva (52 kq) da tatamiyə çıxacaq. Ruslan Paşayev (66 kq) isə ilk görüşdə qalib gəlib.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn N.İmranov növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.

Eyni çəkidə Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.

Bu gün Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) də tatamiyə çıxacaqlar.

44 - Tezliklə