Azərbaycan cüdoçularının Qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib

Fərdi
  • 11 oktyabr, 2025
  • 01:01
Azərbaycan cüdoçularının Qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib

Perunun paytaxtı Limada təşkil olunacaq cüdo üzrə Qran-pri turnirinin püşkatma mərasimi keçirilib.

"Report" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan 9 çəki dərəcəsində 16 idmançı (13 kişi, 3 qadın) ilə təmsil olunacaq. Qran-pri turnirində ümumilikdə 49 ölkədən 284 cüdoçu (165 kişi, 119 qadın) iştirak edəcək.

Kişilər

60 kq, 1/8 final

Əhməd Yusifov – Peloyame Talent (Botsvana)

66 kq, 1/8 final

Ruslan Paşayev – Ari Berliner (ABŞ) / Georgios Balarcişvili (Kipr) cütünün qalibi ilə

Rəşad Yelkiyev – Çarli Yanq (Böyük Britaniya) / Petros Xristodulides (Kipr) cütünün qalibi ilə

73 kq, 1/8 final

Hidayət Heydərov – Dayyan Bulemtafes (Fransa) / Castin Lemir (Kanada) cütünün qalibi ilə

Rəşid Məmmədəliyev – Aldair Barte Çirrinos (Peru) / Emiliano Sausedo Qoldşmid (ABŞ) cütünün qalibi ilə

81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)

81 kq, 1/8 final

Ömər Rəcəbli – Luis Pariçe (Venesuela) / Aleksandr Sezar (Kuba) cütünün qalibi ilə

90 kq, 1/8 final

Vüqar Talıbov – Tiziano Falkone (İtaliya)

Murad Fətiyev – Aleksandr Nijnik (ABŞ) / Gilyerme Şimidt (Braziliya) cütünün qalibi ilə

100 kq, 1/8 final

Zelim Kotsoyev – Daril Yamamoto (Peru) / Lazar Zdrale (Serbiya) cütünün qalibi ilə

Əjdər Bağırov – Anxel Antonio Gini (Paraqvay) / Maksims Duynovs (Latviya)

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Xose Nova Alkantara (Dominikan) / Stefan Koviniç (Monteneqro) cütünün qalibi ilə

Kənan Nəsibov – Xanqarid Qantulqa (Monqolustan)

Qadınlar

48 kq, 1/8 final

Könül Əliyeva – Erika Xara (Ekvador)

52 kq, 1/16 final

Xədicə Qədəşova – Neelo Modise (Botsvana)

52 kq, 1/8 final

Aydan Vəliyeva – Qabriela Konseysau (Braziliya)

Qeyd edək ki, Turan Bayramov (60 kq) zədə səbəbindən heyətdən çıxarılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti