Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

Fərdi
  • 23 may, 2024
  • 10:53
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri mayın 20-dən 22-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.

Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.