Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
Fərdi
- 19 may, 2024
- 05:02
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatına start veriləcək.
"Report" xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) baş məşqçi Riçard Trautmanın etimadını doğrultmağa çalışacaq.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaq.
Qeyd edək ki, millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.
Son xəbərlər
04:38
Alimlər Yer kürəsinin ən qədim simbiozunun sirrini açıblar
Maraqlı04:17
Heqset: ABŞ İrana zərbələrdən imtina etmir
Digər ölkələr03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55