Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb
Fərdi
- 06 oktyabr, 2015
- 13:03
Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. "Report"un məlumatına görə, Azərbaycan boksçularından ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor rinqə çıxıb.
Kubalı legioner kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.
Dünya çempionatının debütantı, 49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.
Son xəbərlər
07:29
WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir
Digər ölkələr06:48
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Digər ölkələr06:19
Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib
Sağlamlıq05:46
Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar
Region05:04
Qana Rusiyadan vətəndaşlarının döyüşlərdə iştirak üçün cəlb edilməsinə son qoymağı tələb edib
Digər ölkələr04:45
"Çelsi"nin kapitanı: Meydana qayıtdığım üçün şadam, mövsüm artıq bir həftə sonra başlayır
Futbol04:24
Strasburqda narkotik daşıyan dronlar tibbi helikopterlərin işinə mane olur
Digər ölkələr03:47
Kanada-ABŞ ticarət danışıqlarını çətinləşdirən nüans açıqlanıb
Digər ölkələr03:19