Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
Fərdi
- 26 mart, 2024
- 10:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçisi Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 34 yaşlı idmançı bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan Dımçenko turnirin gümüş mükafatına sahib çıxıb.
Qeyd edək ki, Diana Dımçenko ötən il eyni yarışda qızıl medal əldə etmişdi.
Son xəbərlər
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region
01:39
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
Futbol
01:22
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
Digər ölkələr
00:56
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
Energetika
00:30
Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq
Region
00:28
Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb
Digər ölkələr
00:11
Azərbaycanda Milli Dirçəliş Günüdür
Daxili siyasət
00:06
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Daxili siyasət
23:51
Foto
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib
Futbol